Bakı. 17 İyun. REPORT.AZ/ İrandan Azərbaycana narkotik vasitə keçirtmək istəyən şəxs yaxalanıb.
"Report" Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Hacıyev Azər Ağasəlim oğlu saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından 2 ədəd ayrı-ayrı bükümlərdə, 1 ədəd bükümdə xalis çəkisi 0,764 qram olan narkotik vasitə - tiryək, digər bükümdə isə xalis çəkisi 8,864 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.