Azərbaycana 100 qutu pirotexniki vasitənin qaçaq yolla gətirilməsinin qarşısı alınıb - VİDEO

Azərbaycana 100 qutu pirotexniki vasitənin qaçaq yolla gətirilməsinin qarşısı alınıb - VİDEO Bakı. 26 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan Azərbaycana keçən Mercedes Benz 220 markalı avtomobil saxlanılıb.
Hadisə
26 Oktyabr , 2018 10:19
Azərbaycana 100 qutu pirotexniki vasitənin qaçaq yolla gətirilməsinin qarşısı alınıb - VİDEO
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana keçən "Mercedes Benz 220" markalı avtomobil saxlanılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə avtomobilin sahibi gömrük bəyannaməsinin bəndlərinə uyğun şifahi sorğu-sual edilib.

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin sağ və sol yan karnizlərinin içindən üzərində "BİGCRACKER A15" yazısı olan, hər birində 10 ədəd olmaqla 100 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi