Azərbaycan xilasedicisi: "Kahramanmaraşda dağılmış ərazilərdə operativ və çevik şəkildə hərəkət edirik" 

Azərbaycan xilasedicisi: "Kahramanmaraşda dağılmış ərazilərdə operativ və çevik şəkildə hərəkət edirik"  "Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələ zamanı dağıntılar altında qalmış şəxslərin çıxarılması üçün operativ və çevik şəkildə hərəkət edir".
Hadisə
9 Fevral , 2023 13:30
Azərbaycan xilasedicisi: Kahramanmaraşda dağılmış ərazilərdə operativ və çevik şəkildə hərəkət edirik 
Nurlan Novruzov

"Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələ zamanı dağıntılar altında qalmış şəxslərin çıxarılması üçün operativ və çevik şəkildə hərəkət edir".

Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında FHN-in xilasedicisi Nurlan Novruzov deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün bir neçə gündür qardaş ölkənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə işləri aparırıq. Bura qardaş ölkəyə dəstək üçün gəlmişik. Əsasən canlı insanları dağıntılar altından çıxartmağa çalışırıq. Operativ və çevik şəkildə hərəkət edirik. Hazırda isə Kahramanmaraşın Milli Təhsil prospektində dağıntılar altında qalmış binadayıq. Burada ehtimal edilir ki, dağıntılar altında bir neçə şəxsin meyiti var. FHN-in bir qrupu həmin şəxslərin meyitini çıxarmaq üçün işlər aparır. Digər qruplar isə şəhərin müxtəlif ərazilərində işlər həyata keçirir", - FHN əməkdaşı vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12 873 nəfər ölüb, 62 937 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi