"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən" oğurluğa cəhd edən fəhlə işdən çıxarılıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən" oğurluğa cəhd edən fəhlə işdən çıxarılıb "Həmin hadisənin mahiyyəti şişirdilib"
Hadisə
15 Mart , 2017 11:37
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən oğurluğa cəhd edən fəhlə işdən çıxarılıb

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən" oğurluğa cəhd edən fəhlə işdən çıxarılıb.

Bu barədə "Report"a Gəmiçilikdən məlumat verilib. 

Məlumatda bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Zığ” Gəmi Təmiri Zavodunun qarət olunması ilə bağlı martın 14-də bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Həmin hadisənin mahiyyəti şişirdilib. Burda söhbət qarətdən yox, oğurluğa cəhddən gedir. Zavodun əməkdaşı, fəhlə kimi çalışan Adil Kazımov istehsala yararsız 10 kiloqramdan çox olmayan mis qırıntılarını aparmaq istəyib. Lakin onun bu cəhdi baş tutmayıb, mis qırıntıları müəssisənin ərazisindən kənara çıxmayıb.

Bununla əlaqədar, Adil Kazımov inzibati qaydada cəzalandırılaraq işdən kənarlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi