Azərbaycan vətəndaşının şəxsi əşyalarının arasında soyuq silah aşkar edilib

Azərbaycan vətəndaşının şəxsi əşyalarının arasında soyuq silah aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Oktyabr , 2017 09:47
Azərbaycan vətəndaşının şəxsi əşyalarının arasında soyuq silah aşkar edilib
Report

Bakı. 18 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

“Report” DGK-ya istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi