Azərbaycan vətəndaşının qanunsuz yolla ölkəyə siqaret və mobil telefon gətirməsinin qarşısı alınıb

Azərbaycan vətəndaşının qanunsuz yolla ölkəyə siqaret və mobil telefon gətirməsinin qarşısı alınıb Bakı. 12 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan Azərbaycana Opel Vectra markalı nəqliyyat vasitəsi ilə gələn ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.
Hadisə
12 Oktyabr , 2018 12:08
Azərbaycan vətəndaşının qanunsuz yolla ölkəyə siqaret və mobil telefon gətirməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Gömrük baxışı zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerindən aksiz markası olmayan 600 ədəd "Marlboro" və 2 180 ədəd "Kent" markalı siqaretlər, 18 ədəd müxtəlif markalı telefonlara aid telefon qutuları, 4 ədəd qulaqlıq, 10 ədəd USB kabel, 12 ədəd qidalandırıcı başlıq, 3 ədəd üzərində "Mİ A2 Lite" yazısı olan və 3 ədəd üzərində "Redmi Note 5" yazısı olan mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi