Azərbaycan vətəndaşının qanunsuz yolla ölkədən çıxarmaq istədiyi əntiq əşyalar saxlanılıb

Azərbaycan vətəndaşının qanunsuz yolla ölkədən çıxarmaq istədiyi əntiq əşyalar saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Fevral , 2017 12:43
Azərbaycan vətəndaşının qanunsuz yolla ölkədən çıxarmaq istədiyi əntiq əşyalar saxlanılıb

Bakı. 21 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, idarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən “DAF” markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb.

Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib.

Həmin qutulara baxış nəticəsində isə külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi