Yuxarı

Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edilib

Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edilib
© Customs.gov.az

Bakı. 13 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin Sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında cəmi 4 ədəd bükümdə olmaqla, xalis çəkisi 99,869 qram narkotik vasitə - heroin və xalis çəkisi 31,686 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi