Azərbaycan vətəndaşının daxili orqanında heroin və metamfetamin aşkar olunub

Azərbaycan vətəndaşının daxili orqanında heroin və metamfetamin aşkar olunub Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Avqust , 2017 10:34
Azərbaycan vətəndaşının daxili orqanında heroin və metamfetamin aşkar olunub

Bakı. 24 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı Qasımov Nicat Fariz oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində Qasımov Nicat Fariz oğlunun daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 41,844 qram təşkil edən narkotik vasitə - heroin və 1 ədəd bükümdə olmaqla, xalis çəkisi 2,332 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi