Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib

Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Fevral , 2017 11:15
Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib

Bakı. 6 fevral. REPORT.AZ/Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı, həmin vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə, ümumi xalis çəkisi 93,411 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi