Azərbaycan vətəndaşının ayaqqabısından narkotik vasitə çıxıb

Azərbaycan vətəndaşının ayaqqabısından narkotik vasitə çıxıb Bakı. 20 noyabr. REPORT.AZ/ İrandan qayıdan Azərbaycan vətəndaşı Əhmədov Vüsal Əhməd oğlu özünü şübhəli və narahat apardığı üçün Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda saxlanılıb.
Hadisə
20 Noyabr , 2018 17:40
Azərbaycan vətəndaşının ayaqqabısından narkotik vasitə çıxıb

Bakı. 20 noyabr. REPORT.AZ/ İrandan qayıdan Azərbaycan vətəndaşı Əhmədov Vüsal Əhməd oğlu özünü şübhəli və narahat apardığı üçün Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda saxlanılıb.

Bu barədə "Report" DGK-dan məlumat verilib.

Şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun ayaqqabısının hər iki tayında - tərliyinin altında gömrük nəzarətindən gizlədilmiş, cəmi 2 ədəd bükümdə qablaşdırma ilə birgə, ümumi çəkisi 33 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi