Azərbaycan vətəndaşının avtomobilindən pirotexniki vasitələr və siqaret aşkarlanıb

Azərbaycan vətəndaşının avtomobilindən pirotexniki vasitələr və siqaret aşkarlanıb Bakı. 15 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi Mercedes Benz E 220 markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
15 Dekabr , 2018 12:32
Azərbaycan vətəndaşının avtomobilindən pirotexniki vasitələr və siqaret aşkarlanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol karnizlərinin üzərindən "Thunder King" yazısı olan 1 080 ədəd pirotexniki vasitə və "Milano" markalı 2 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi