Yuxarı
    Bağlamaq

    ​Azərbaycan vətəndaşı Türkiyədə avtomobil qəzasında yaralanıb

    Hadisə əyalətin Keşan-Gelibolu avtomobil yolunun Korudağ hissəsində baş verib

    Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyənin Çanaqqala əyalətinin Gelibolu rayonunda sərnişin avtobusunun yük maşınına çarpılması nəticəsində yaralananlardan bir də Azərbaycan vətəndaşıdır.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Qəza nəticəsində avtobusdakı 50 sərnişindən 11-i xəsarət alıb. Onların arasında 23 yaşlı Juranov Məmməd ad-soyadlı Azərbaycan vətəndaşı da var. Hadisə əyalətin Keşan-Gelibolu avtomobil yolunun Korudağ hissəsində baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi