Azərbaycan vətəndaşı Türkiyə şirkətinə qarşı 65 min manatlıq dələduzluq edib

Azərbaycan vətəndaşı Türkiyə şirkətinə qarşı 65 min manatlıq dələduzluq edib Bayram Gültəkin hüquq-mühafizə orqanlarına müraciət edərək Xəyyam Şükürovun 65 min 445 ABŞ dollarını mənimsədiyini bildirib
Hadisə
851
19 May , 2016 16:47
Azərbaycan vətəndaşı Türkiyə şirkətinə qarşı 65 min manatlıq dələduzluq edib

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan vətəndaşı Bakıda fəaliyyət göstərən Türkiyə şirkətinə qarşı dələduzluq edib. 

"Report"un əldə etdiyi məlumata görə, mayın 18-də "Yavuzlar Grup İnşaat ve Yapı Malzemeleri Dış Ticaret Limited" şirkəti rəhbərinin satış üzrə müavini Türkiyə vətəndaşı 38 yaşlı Bayram Gültəkin hüquq-mühafizə orqanlarına müraciət edib.
O, Ağcabədi rayon sakini 46 yaşlı Xəyyam Şükürovun şirkətdən dələduzluq etməsindən şikayət edib. B.Gültəkin bildirib ki, 2014-cü ilin avqust ayından "Yavuzlar Grup İnşaat ve Yapı Malzemeleri Dış Ticaret Limited"də təchizat müdiri vəzifəsində işləyən X.Şükürov şirkətə məxsus 65 min 445 ABŞ dollar məbləğində pulu dələduzluq yolu ilə mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi