Azərbaycan vətəndaşı Tbilisi hava limanında saxlanılıb

Azərbaycan vətəndaşı Tbilisi hava limanında saxlanılıb Tbilisi Beynəlxalq Hava Limanında Azərbaycan vətəndaşı bəyan edilməmiş zinət əşyaları ilə saxlanılıb.
Hadisə
8 Aprel , 2019 15:38
Azərbaycan vətəndaşı Tbilisi hava limanında saxlanılıb

Tbilisi Beynəlxalq Hava Limanında Azərbaycan vətəndaşı bəyan edilməmiş zinət əşyaları ilə saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

L.M. adlı Azərbaycan vətəndaşının əl çantasında ümumi çəkisi 6,3 kq olan gümüş əşyalar aşkar olunub.

Zinət əşyalarının ümumi dəyəri 7,768.58 lari (2 890 dollar) təşkil edib.

Gürcüstan qanunvericiliyinə müvafiq olaraq saxlanılan şəxs zinət əşyalarının dəyərinə bərabər məbləğdə cərimə olunub. 

Son xəbərlər

Orphus sistemi