Azərbaycan vətəndaşı Rusiyada cəzaçəkmə müəssisəsinin əməkdaşına hücum etdiyinə görə məhkum olunub

Azərbaycan vətəndaşı Rusiyada cəzaçəkmə müəssisəsinin əməkdaşına hücum etdiyinə görə məhkum olunub Rusiyanın Ulyanovsk şəhər məhkəməsi 32 yaşlı Azərbaycan vətəndaşını yerli cəzaçəkmə müəssisəsinin əməkdaşına qarşı zor tətbiq etməkdə təqsirli bilib.
Hadisə
18 İyul , 2019 10:50
Azərbaycan vətəndaşı Rusiyada cəzaçəkmə müəssisəsinin əməkdaşına hücum etdiyinə görə məhkum olunub

Rusiyanın Ulyanovsk şəhər məhkəməsi 32 yaşlı Azərbaycan vətəndaşını yerli cəzaçəkmə müəssisəsinin əməkdaşına qarşı zor tətbiq etməkdə təqsirli bilib.

Bu barədə "Report" Ulyanovsk vilayətinin prokurorluğunun saytına istinadən xəbər verir.

Azərbaycan vətəndaşı Anar Qəhrəmanov 2018-ci ilin iyul ayında Saratov vilayətində narkotik maddə saxladığına görə 3 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını Ulyanovsk vilayətindəki 8 saylı cəzaçəkmə müəssisəsində çəkib.

Ötən ilin dekabr ayında məhkum axtarış aparılmasının qarşısını almaq üçün müəssisənin təhlükəsizlik şöbəsinin nəzarət qrupunun kiçik inspektora qarşı zor tətbiq edib.

Prokurorluq tərəfindən təqdim edilən sübutlar əsasında A.Qəhrəmanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi