Azərbaycan vətəndaşı qarət törətdiyinə və Rusiya dövlət sərhədini qanunsuz keçdiyinə görə mühakimə olunacaq

Azərbaycan vətəndaşı qarət törətdiyinə və Rusiya dövlət sərhədini qanunsuz keçdiyinə görə mühakimə olunacaq O, ad və soyadını dəyişdirərək yeni sənədlərlə dörd dəfə dövlət sərhədini qanunsuz keçib
Hadisə
9 Fevral , 2017 12:04
Azərbaycan vətəndaşı qarət törətdiyinə və Rusiya dövlət sərhədini qanunsuz keçdiyinə görə mühakimə olunacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Çita prokurorluğu Rusiya dövlət sərhədini qanunsuz şəkildə keçməkdə və Çitada iki qıza hücum etməkdə ittiham olunan Azərbaycan vətəndaşı Oqtay Namiqzadə barəsində cinayət işini məhkəməyə göndərib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, сinayət işinin istintaqı zamanı Azərbaycan vətəndaşının cinayətkar qrupun tərkibində Çitada iki qıza hücum edib bıçağa bənzər predmetlə hədə-qorxu gələrək onların çantalarını və mobil telefonlarını əllərindən aldığı müəyyən edilib. Quldurlar hadisəni törətdikdən sonra qaçıb.

Qeyd edək ki, ittiham edilən O.Namiqzadə daha əvvəl miqrasiya qanunvericiliyini kobud şəkildə pozduğuna görə Rusiyadan deportasiya edilib. Bununla əlaqədar ona 5 il müddətinə Rusiya ərazisinə giriş qadağan edilib. Lakin təqsirləndirilən şəxs Azərbaycanda ad və soyadını dəyişdikdən sonra dörd dəfə qanunsuz şəkildə yeni sənədlərlə dövlət sərhədini keçib.

O.Namiqzadə bir neçə dəfə qanunsuz şəkildə Rusiya dövlət sərhədini keçdiyini etiraf etsə də, quldurluq törətməklə bağlı iddiaları rədd edib.

Son xəbərlər

Orphus sistemi