Azərbaycan və BƏƏ arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan və BƏƏ arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib Müdafiə sənayesi naziri Mədət Quliyev "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində Mohammed Ahmed Al Bovardi ilə görüşüb.
Hadisə
23 Fevral , 2023 17:34
Azərbaycan və BƏƏ arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib

Müdafiə sənayesi naziri Mədət Quliyev "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində Mohammed Ahmed Al Bovardi ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı davam edir.

Sərgi çərçivəsində fevralın 23-ü müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə naziri Mohammed Ahmed Al Bovardi ilə görüşü baş tutub.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi