Azərbaycan Texniki Universitetinin tələbəsi qətlə yetirilib - YENİLƏNİB

Azərbaycan Texniki Universitetinin tələbəsi qətlə yetirilib - YENİLƏNİB Gəncə. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin tələbəsini qətlə yetirən şəxsin kimliyi məlum olub.
Hadisə
24 Dekabr , 2018 10:28
Azərbaycan Texniki Universitetinin tələbəsi qətlə yetirilib - YENİLƏNİB
0 : 00
0 : 00

Gəncə. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin tələbəsini qətlə yetirən şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun əldə etdiyi məlumata görə, E.Xəlilovu onun həmyaşıdı 2001-ci il təvəllüdlü Murquzov Rauf İlqar oğlu bıçaqlayaraq qətlə yetirib.

isəni törətməkdə şübhəli bilinən R. Murquzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Murquzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, E.Xəlilov isə Azərbaycan Texniki Universitetinin tələbəsi imiş.


*** 9:23

Gəncə. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin tələbəsi Bakıda qətlə yetirilib. 

"Report"un Qərb bürosunun əldə etdiyi məlumata görə, hadisə şəhərin Nərimanov rayonu, Atatürk prospektində baş verib. 

Belə ki, Universitetin tələbəsi 17 yaşlı Xəlilov Elman Elyar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi