​Azərbaycan səfirliyinin avtomobili Kiyevdə qəzaya düşüb - FOTO

​Azərbaycan səfirliyinin avtomobili Kiyevdə qəzaya düşüb - FOTO Hadisə nəticəsində iki nəfər xəsarət alıb
Hadisə
19 İyun , 2016 10:35
​Azərbaycan səfirliyinin avtomobili Kiyevdə qəzaya düşüb - FOTO

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfirliyinin xidməti avtomobili Kiyev şəhərində zəncirvari yol qəzasına düşüb.

"Report" "Espreso.TV"yə istinadən xəbər verir ki, Naberejno-Kreşatitskaya küçəsində Poçtovaya meydanından Podola rayonu istiqamətində baş verən qəza zamanı 4 maşın toqquşub.

Hadisə iştirakçılarından birinin sözlərinə görə, Azərbaycan səfirliyinə məxsus "Opel" markalı avtomobil hərəkətdə olarkən arxadan "VAZ" markalı maşına çırpılıb. Nəticədə "Opel" 180 dərəcə çevrilib. Zərbənin gücündən "VAZ" yol kənarında dayanan daha iki maşına dəyib.

Xilasedicilər yerə dağılan yanacağın alovlanmasının qarşısını almaq üçün asfalta su tökmək məcburiyyətində qalıblar.

"Opel"in sərnişini və "Jiquli"nin sürücüsünə hadisə yerində ilkin tibbi yardım göstərilib. Hər iki zərərçəkən xəstəxanaya aparılmaqdan imtina edib.

İnsident səbəbindən Podola istiqamətində maşınların hərəkəti tamamilə dayandırılıb. Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi