Bakı. 13 yanvar. REPORT.AZ/ Dağıstan gömrükçüləri beynəlxalq avtomobil buraxılış məntəqəsində özü ilə 32 ədəd döyüş gülləsi aparan kişini saxlayıblar.
"Report" xəbər verir ki, bu barədə Respublikanın Gömrük İdarəsinin mətbuat xidmətinə istinadən "RİA Daqestan" məlumat yayıb.
"Rusiya vətəndaşı “Tayota Haylender” markalı avtomobili ilə Azərbaycandan Rusiyaya gedirdi. Avtomobilin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı məlum olub ki, sürücü özü ilə gömrük orqanına bildirilməmiş döyüş güllələri aparır", – deyə idarənin mətbuat xidmətindən bildiriblər.
İnzibati qanun pozuntusu barədə cinayət işi qaldırılıb.