​Azərbaycan Rəssamlar İttifaqı şirkəti məhkəməyə verib

​Azərbaycan Rəssamlar İttifaqı şirkəti məhkəməyə verib Tərəflər arasında barışıq sazişi imzalanıb
Hadisə
3 May , 2016 09:30
​Azərbaycan Rəssamlar İttifaqı şirkəti məhkəməyə verib

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Rəssamlar İttifaqı “Renal İstehsalat” MMC-ni məhkəməyə verib.

“Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Rəssamlar İttifaqı müqavilə üzrə pulun ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan “Renal İstehsalat” MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda barışıq sazişi təsdiq edilib. Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı qətnaməni ləğv edərək, icraata xitam verib. 

Son xəbərlər

Orphus sistemi