Yuxarı

Azərbaycan Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sabiq rəhbərinin ekstradisiyası üçün icazə verib

Dinlə

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın məhkəmə orqanları Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin (DGX) sabiq rəhbəri Adamkul Junusovun həbs edilməsi və ekstradisiyası üçün sanksiya verib.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Dövlət İqtisadi Cinayətkarlıqla Mübarizə Xidmətindən bildiriblər.

"Məlum olub ki, Qırğızıstandan qaçdıqdan sonra Adamkul Junusov ABŞ-da gizlənib. Dekabrın əvvəlində o, Bakıya gəlib və Heydər Əliyev Beynəlxalq Hava Limanında təhlükəsizlik strukturları əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılma DGX-nin keçmiş rəhbərinin beynəlxalq axtarışda olması ilə əlaqədar həyata keçirilib", - KİV yazır.

Sabiq məmurun prosessual prosedurlar başa çatdıqdan sonra Bişkekə göndəriləcəyi vurğulanır.

Qırğız Respublikasında 2013-2016-cı illərdə DGX-nin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Adamkul Junusov Cinayət Məcəlləsinin 304-cü maddəsi (xidməti vəzifəsindən sui-istifadə) ilə ittiham olunur. O, özəl şirkətlərdən birinin nümayəndələri və qurumun digər rəsmi şəxsləri ilə davamlı korrupsiya əlaqəsi təşkil edərək dövlətə 166 milyon sumdan (2,28 milyon ABŞ dolları) çox maddi ziyan vurub.

Xatırladaq ki, Adamkul Junusov Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında dekabrın 5-də saxlanılıb

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi