Azərbaycan Premyer Liqası: Mövsümün ikinci yarısı yenə eyni oyunla başlayacaq

Azərbaycan Premyer Liqası: Mövsümün ikinci yarısı yenə eyni oyunla başlayacaq Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli məlum olub.
Hadisə
24 Yanvar , 2020 13:29
Azərbaycan Premyer Liqası: Mövsümün ikinci yarısı yenə eyni oyunla başlayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli məlum olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, açılış oyunu ötən mövsümün ikinci yarısındakı kimi, "Zirə" və "Sabah" arasında keçiriləcək. İki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

1 fevral (şənbə)

15:00. “Zirə” – “Sabah”

Zirə İdman Kompleksinin stadionu

17:30. “Neftçi” – “Sumqayıt”

“Bakcell Arena”

2 fevral (bazar)

15:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu

17:30. “Səbail” – “Qarabağ”

“ASCO Arena”. 

Son xəbərlər

Orphus sistemi