Yuxarı
    Bağlamaq

    ​Azərbaycan polisi 1,4 kq narkotik vasitəni 56 min manata satmaq istəyən şəxsi saxlayıb

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb

    Bakı. 24 may. REPORT.AZ/ Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının Lənkəran rayonunun Göyşaban kəndində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Kənan Mirzəzadə 1 kiloqram yüksək xassəli narkotik vasitə hesab olunan heroini 50.000, 400 qram tiryəki isə 6 min manata satmaq istəyən zaman saxlanılıb.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

    Hazırda polis əməkdaşları tərəfindən K.Mirzəzadənin külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi