Azərbaycan narkotik alverində təqsirli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə təhvil verib

Azərbaycan narkotik alverində təqsirli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə təhvil verib Qazaxıstan tərəfinin sorğusu əsasında iyul ayında Azərbaycan Baş Prokurorluğu Arif Əhmədovun ekstradisiyası barədə qərar qəbul edib
Hadisə
16 Avqust , 2016 11:15
Azərbaycan narkotik alverində təqsirli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə təhvil verib

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan narkotik maddələrin alverində təqsirli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə təhvil verib.

"Report" Qazaxıstanın Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Arif Əhmədov adlı şəxs cinayət məsuliyyətinə cəlb edilmək məqsədilə Azərbaycandan Qazaxıstana ekstradisiya edilib.

O, qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə külli miqdarda narkotik maddə əldə etmə və satış məqsədilə saxlamaqda şübhəli bilinir.

Qazaxıstan tərəfinin sorğusu əsasında iyul ayında Azərbaycan Baş Prokurorluğu A.Əhmədovun ekstradisiyası barədə qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi