Azərbaycan müdafiə nazirinin keçmiş müavininin cinayət işi üzrə məhkəməsi təxirə salınıb
Hadisə
- 13 noyabr, 2015
- 07:43
Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.
“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə iclasın təxirə salınmasına səbəb şahidlərin məhkəməyə gəlməməsi olub.
Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.
Son xəbərlər
00:55
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:32
Tramp: Uitkoff və Kuşner Ukrayna ilə müharibəyə son qoymaq üçün Rusiyaya səfər edirlər
Digər ölkələr00:00
Video
Şahbuzda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Hadisə23:52
Foto
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirakı ilə beynəlxalq düşərgə keçirilib
Region23:07
Ərdoğan BƏƏ Prezidenti ilə İran-ABŞ gərginliyini müzakirə edib
Region23:01
Böyük Britaniyanın Lordlar Palatası buraxıla bilər
Digər ölkələr22:54
Polşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq
Digər ölkələr22:38
Azərbaycan komandası çimərlik voleybolu üzrə Avropa çempionatında pley-offa yüksəlib
Komanda22:37