Azərbaycan məhsullarının Rusiya ərazisinə keçirilməsində problem yaranıb

Azərbaycan məhsullarının Rusiya ərazisinə keçirilməsində problem yaranıb Bir vaqon və 25 yük maşını sərhəddə saxlanılıb
Hadisə
22 Mart , 2017 23:33
Azərbaycan məhsullarının Rusiya ərazisinə keçirilməsində problem yaranıb

Qusar. 22 mart. REPORT.AZ/ Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının qonşu ölkə ərazisinə keçirilməsində yenidən problem yaranıb.

Bu barədə "Report"un Şimal bürosuna Şəmkir rayonundan olan fermerlər məlumat veriblər.

Qeyd olunur ki, problem sərhədin Azərbaycan tərəfində deyil, məhz Rusiya hissəsində yaranıb.

"Azərbaycanın sərhəd və gömrük orqanlarından maneəsiz keçən 1 vaqon indi Dərbənd gömrük dəmiryol stansiyasında, 25 yük avtomobili isə Rusiyanın Yaraq Qazmalar sərhəd-keçid məntəqəsində dayanıb. Həmin mallar Rusiya ərazisinə buraxılmır", - deyə məlumatda bildirilir.

Tahir Hüseynov adlı fermer Xaçmaz Gömrük İdarəsinin problemin həlli üçün qarşı tərəflə danışıqlar apardığını bildirib.

Son xəbərlər

Orphus sistemi