Azərbaycan məhkəməsi Türkiyə vətəndaşının ekstradisiya edilməsi ilə bağlı qərar çıxarıb

Azərbaycan məhkəməsi Türkiyə vətəndaşının ekstradisiya edilməsi ilə bağlı qərar çıxarıb Türkiyə tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib
Hadisə
19 Sentyabr , 2017 12:37
Azərbaycan məhkəməsi Türkiyə vətəndaşının ekstradisiya edilməsi ilə bağlı qərar çıxarıb
Report

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə 10 il bundan qabaq adam öldürməyə cəhd edib, Bakıya qaçan Hasan Təkbıçağın öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı proses yekunlaşıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Hasan Təkbıçaq barəsində polis nəzarətində qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib.

O Türkiyəyə ekstaradisiya ediləcək.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsi və digər hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə Bakıda əməliyyat həyata keçirilib. Məlumata görə, əməliyyat tədbirləri nəticəsində Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub. 

Xatırladaq ki, ki, tutulan şəxs Türkiyədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir və məhkəmə qərarı ilə axtarışa verilib. Onun Azərbaycanda olması müəyyən ediləndən sonra Türkiyə tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib.

Son xəbərlər

Orphus sistemi