Bakı. 3 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
DGK-dən "Report"a daxil olan xəbərə görə, yoxlama baxışı Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında reallaşdırılıb.
Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1 480 ədəd pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.