Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrükçüləri siqaret aşkar ediblər

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük posrtunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan “NAZ Lifan” markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Bu barədə "Report"a DGK-dan bildirilib.

    Məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin yük yerindən və salonundan gömrük nəzarətinə bəyan edilməyən, üzərində aksiz markası olmayan 5520 ədəd siqaret aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi