Azərbaycan gömrükçüləri pirotexniki vasitə aşkar edib

Azərbaycan gömrükçüləri pirotexniki vasitə aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Sentyabr , 2017 11:16
Azərbaycan gömrükçüləri pirotexniki vasitə aşkar edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun gömrük nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı avtomobilə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisində xüsusi olaraq düzəldilən gizli saxlanc yerindən, arxa oturacağın içərisindən və arxa şüşənin örtüyünün altından gömrük nəzarətindən gizlədilən 1380 ədəd "K0201" pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi