Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər

Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Dekabr , 2016 16:49
Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər

Bakı. 6 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr aşkar ediblər. 

Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, öncə vətəndaşın corabında bir ədəd bükümdə xalis çəkisi 17,675 qram olan heroin, sonra isə çantasının cibində 3 ədəd həb şəklində “Metadone” adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi