Azərbaycan sərhədində telefonların qaçaqmalçılıqla gətirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan sərhədində telefonların qaçaqmalçılıqla gətirilməsi cəhdinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Avqust , 2016 13:23
Azərbaycan sərhədində telefonların qaçaqmalçılıqla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 58 ədəd müxtəlif markalı mobil telefon və mobil telefonlara aid külli miqdarda aksesuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi