Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatı müsadirə ediblər

Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatı müsadirə ediblər Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatının qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Hadisə
14 Noyabr , 2018 11:44
Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatı müsadirə ediblər
0 : 00
0 : 00

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatının qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı gömrük nəzarətini "yaşıl kanal"la keçərkən saxlanılıb və yoxlama otağına dəvət edilib. Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub.

Vətəndaş yoxlama başlandıqdan sonra pencəyinin iç cibindən çıxararaq təqdim etdiyi 4 ədəd sellafon paketə baxış keçirilib. Baxış zamanı, əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 800 qram qızıl zərgərlik məmulatları - üzərində qaşlar olan 37 ədəd üzük, 65 ədəd boyunbağı, 161 cüt sırğa, 5 ədəd kulon və 37 ədəd qolbaq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi