Azərbaycan gömrükçüləri fişənglər aşkar edib

Azərbaycan gömrükçüləri fişənglər aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Yanvar , 2017 11:39
Azərbaycan gömrükçüləri fişənglər aşkar edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı texniki nəzarət vasitəsi ilə gömrük baxışı keçirilib.

Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı əl yükü olan bir ədəd qutudan gömrük nəzarətinə bəyan edilməyən, üzərində “Approved solas 74/96” sözləri yazılan 24 ədəd işarəverici fişənglər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi