Azərbaycan gömrükçüləri dərman qutusunda narkotik vasitə aşkar edib

Azərbaycan gömrükçüləri dərman qutusunda narkotik vasitə aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
18 May , 2017 11:00
Azərbaycan gömrükçüləri dərman qutusunda narkotik vasitə aşkar edib

Bakı. 18 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn qonşu ölkə vətəndaşına məxsus dərman qutusuna baxış zamanı, qutuda təsiredici maddəsinin ümumi miqdarı 0,285 qram olan narkotik vasitə - metadon aşkar edilib.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi