Azərbaycan gömrükçüləri avtomobildən 8 380 ədəd siqaret aşkar ediblər

Azərbaycan gömrükçüləri avtomobildən 8 380 ədəd siqaret aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
2 Oktyabr , 2017 11:56
Azərbaycan gömrükçüləri avtomobildən 8 380 ədəd siqaret aşkar ediblər
Customs.gov.az

Bakı. 2 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ 24" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilən saxlanc yerindəki pərdənin arxasından gömrük nəzarətindən gizlədilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 8380 ədəd üzərində "Sakurorto" yazısı olan siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi