Azərbaycan gömrükçüləri avtomobildən 28 ədəd mobil telefon aşkar ediblər

Azərbaycan gömrükçüləri avtomobildən 28 ədəd mobil telefon aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Oktyabr , 2017 11:36
Azərbaycan gömrükçüləri avtomobildən 28 ədəd mobil telefon aşkar ediblər
Customs.gov.az

Bakı. 16 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero İO" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonunda, döşəmədə düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 8 ədəd "Kgtel A310", 15 ədəd "JSYES 310", 5 ədəd "JSYES 1207T" markalı mobil telefonlar və həmin telefonlara aid 24 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi