Azərbaycan gömrükçüləri avtomobildə narkotik vasitə aşkarlayıblar

Azərbaycan gömrükçüləri avtomobildə narkotik vasitə aşkarlayıblar Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postuna daxil olan Gürcüstan vətəndaşının idarə etdiyi Opel Vectra markalı avtomobilə gömrük baxışı keçirilib.
Hadisə
23 Aprel , 2019 12:16
Azərbaycan gömrükçüləri avtomobildə narkotik vasitə aşkarlayıblar
0 : 00
0 : 00

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Gürcüstan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobilə gömrük baxışı keçirilib.

“Report” Komitəyə istinadən xəbər verir ki, baxış zamanı nəqliyyat vasitəsinin cihazlar panelindəki əşya qoyulması üçün nəzərdə tutulan sandıqçada 1 ədəd kağız bükülüdə tünd qəhvəyi, iysiz, bərk halda, çəkisi 1 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi