Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş pirotexniki vasitələr aşkar edib

Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş pirotexniki vasitələr aşkar edib Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn bu ölkə vətəndaşının idarə etdiyi Mercedes Benz markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
11 Mart , 2019 15:19
Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş pirotexniki vasitələr aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb.

Nəticədə nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının söykənəcəyində və sağ sol qanadlarda xüsusi düzəldilmiş saxlanc yerindən üzərində "Triangle Cracker" yazısı olan 1900 ədəd, üzərində "Piratki" yazısı olan 2 250 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi