Azərbaycan gömrükçüləri avtomobildə 320 ədəd fişəng aşkar ediblər

Azərbaycan gömrükçüləri avtomobildə 320 ədəd fişəng aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Oktyabr , 2017 11:36
Azərbaycan gömrükçüləri avtomobildə 320 ədəd fişəng aşkar ediblər
Customs.gov.az

Bakı. 10 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "BMW-520" markalı avtomobilə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd "Sterminator" adlı fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi