Azərbaycan gömrükçüləri 700 qutu pirotexniki vasitə aşkar edib

Azərbaycan gömrükçüləri 700 qutu pirotexniki vasitə aşkar edib Bakı. 25 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana VAZ 21 074 markalı avtomobillə gələn ölkə vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. 
Hadisə
25 Dekabr , 2017 12:26
Azərbaycan gömrükçüləri 700 qutu pirotexniki vasitə aşkar edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21 074" markalı avtomobillə gələn ölkə vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Həmin şəxs nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Nəqliyyat vasitəsinə tətbiq edilən gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbası ilə yazılar olan 400 qutu pirotexniki vasitələr aşkar edilib.

İdarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan daha bir məlumat əsasında isə Gürcüstandan Azərbaycana "Mersedes Benz 250D" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı da eyni üsulla sorğu-sual edilib. Həmin şəxs də avtomobildə gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbasl ilə yazılar olan 300 qutu pirotexniki vasitə aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi