Azərbaycan gömrükçüləri 6300 ədəd siqaret aşkar ediblər

Azərbaycan gömrükçüləri 6300 ədəd siqaret aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Mart , 2017 14:31
Azərbaycan gömrükçüləri 6300 ədəd siqaret aşkar ediblər
Customs.gov.az

Bakı. 16 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Nazlifan LF7132/2-320" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

DGK-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa buferlərinin altından, yük yerinin qabağında xüsusi düzəldilən yerdən və salonundan gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 6300 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi