Azərbaycan gömrükçüləri 4 000 ədəd siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri 4 000 ədəd siqaret müsadirə edib Faktla bağlı araşdırma aparılır
Hadisə
22 May , 2017 12:15
Azərbaycan gömrükçüləri 4 000 ədəd siqaret müsadirə edib

Bakı. 22 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn "Vaz-2106" markalı avtomobilin sərnişinin – ölkə vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobildən həmin şəxsə məxsus olan, gömrük nəzarətinə düzgün bəyan edilməyən və üzərində aksiz markası olmayan 1200 ədəd "Pirveli" və 1600 ədəd "Marlboro" , həmin şəxsin üzərindən isə 1200 ədəd"Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi