Azərbaycan gömrükçüləri 3 200 ədəd siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri 3 200 ədəd siqaret müsadirə edib Faktla bağlı araşdırma aparılır
Hadisə
18 May , 2017 11:02
Azərbaycan gömrükçüləri 3 200 ədəd siqaret müsadirə edib
Customs.gov.az

Bakı. 18 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin yük yerindəki ehtiyyat təkərin altından, cihazlar panelinin içindən və ön oturacağın altından gömrük nəzarətindən gizlədilən ümumilikdə 3200 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi