Azərbaycan gömrükçüləri 1800 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 1800 ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Aprel , 2017 12:47
Azərbaycan gömrükçüləri 1800 ədəd siqaret aşkar edib
Customs.gov.az

Bakı. 18 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X-ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı əl yükündə olan 2 ədəd "Choco pie" markalı şirniyyat qutusunun və 1 ədəd "Yadra" markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi