Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşlarının idarə etdiyi "Mersedes Benz C220 CDI" və "Mersedes Benz 200" markalı nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, yoxlama zamanı 1-ci nəqliyyat vasitəsinin yanacaq çənindən və ön panelindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaret, 2-ci nəqliyyat vasitəsinin isə salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4 000 ədəd eyni markalı siqaret aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

