Bakı. 12 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


