Azərbaycan ərazisində zəlzələ olub - YENİLƏNİB

Azərbaycan ərazisində zəlzələ olub - YENİLƏNİB Tovuz rayonu ərazisində zəlzələ baş verib
Hadisə
696
23 Mart , 2021 08:28
Azərbaycan ərazisində zəlzələ olub - YENİLƏNİB

Martın 23-də yerli vaxtla saat 07:08-də Qazax stansiyasından 41 kilometr şimal-şərqdə Tovuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Tovuz rayonunda 3 bal olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.

07:45

Tovuz rayonu ərazisində zəlzələ baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, rayon ərazisində baş vermiş zəlzələ təxminən 3 baldan çox olub.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində hər hansı bir dağıntı qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi